PDF kitabxanası

  • Sentyabr 2007-ci il - NATO-nun
    Cənubi Qafqazdakı Tərəfdaşları (.PDF/874Kb)
Eng. / Fr. /
Ru.
/ Aze.

NATO-nun Azərbaycanla əlaqələri




NATO ilə Azərbaycan demokratik, təsisat və hərbi islahatlar sahəsində fəal şəkildə əməkdaşlıq edir, həmçinin bir çox digər sahələrdə praktiki əməkdaşlığı inkişaf etdirirlər. Azərbaycanla NATO arasında olan əməkdaşlıq proqramı Azərbaycanın Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (FTƏP) öz əksini tapmışdır.

Azərbaycan avro-atlantik norma və standartlara nail olmaqa və avro-atlantik institutlarla yaxın əlaqələr qurmağa çalışır. NATO ilə Azərbaycan arasında olan əməkdaşlığın miqyası son dərəcədə ölkənin islahatları davam etdirmək və mövcud demokratik institutları möhkəmləndirmək niyyətindən son dərəcə asılıdır.

Əməkdaşlıq praktikada necə aparılır?

Əməkdaşlıq fəaliyyətləri, islahat planları və siyasi dialoq prosesləri iki illik müddətə birgə razılaşdırılmış Azərbaycan FTƏP-də ətraflı şəkildə öz əksini tapmışdır. Əməkdaşlığın əsas sahələrinə silahlı qüvvələrin üzərində tam demokratik nəzarətin yaradılması, müdafiə tədbirlərinin planlaşdırılması və müdafiə büdcəsinin formalaşdırılması, o cümlədən NATO-nun norma və standartlarına uyğun olaraq bütün silahlı qüvvələrin təşkilatı strukturunun yenidən təşkili daxildir.

İslahatların aparılmasına verilən dəstəklə yanaşı, NATO ilə Azərbaycan arasında əməkdaşlığın digər əsas məqsədi sülhməramlı və böhranların idarə olunması əməliyyatlarında ölkənin silahlı qüvvələrinin NATO ölkələrinin silahlı qüvvələri ilə birgə işləməsi imkanlarının gücləndirilməsindən ibarətdir. Azərbaycanın silahlı qüvvələri 1999-cu ildən etibarən Kosovoda, 2002-ci ildən isə Əfqanıstanda həyata keçirilən NATO-nun sülhməramlı əməliyyatlarını dəstəkləyir. Hal-hazırda Azərbaycan ikinci tağımın Əfqanıstana göndərilməsi məsələsini nəzərdən keçirir.

Daha ətraflı...

Azərbaycanla əlaqələr necə inkişaf edirdi?

NATO Azərbaycan münasibətləri 1992-ci ildə Azərbaycanın Şimali Atlantik Əməkdaşlıq Şurasına (sonradan 1997-ci ildə adı Avro-atlantik Tərəfdaşlıq Şurasına dəyişilmişdir) qoşulmasından sonra başlamışdır. Həmin əməkdaşlıq əlaqələri Azərbaycanın 1994-cü ildə Sülh naminə Tərəfdaşlıq proqramına qoşulmasından və 1997-ci ildə SNT Planlaşdırılma və Analiz Prosesində iştirakından sonra daha böyük vüsətlə inkişaf etməyə başlamışdır. 2005-ci ildə NATO ilə Azərbaycanın ilk FTƏP-in hazırlanmasından sonra Azərbaycanda aparılan yerli islahatlar prosesinə verilən dəstək daha da gücləndirilmişdir.

Daha ətraflı....